Ermənistanın dövlət borcu son 10 ayda 1 milyarda çatıb – David Sarkisyanbackend

Ermənistanın dövlət borcu son 10 ayda 1 milyarda çatıb - David Sarkisyan

Ermənistanın dövlət borcu fevral-noyabr aylarında 521 milyard dram (təxminən 1 milyard ABŞ dolları) artıb.

KONKRET.az xəbər verir ki, bunu keçmiş maliyyə naziri, “Ardşinbank”-ın maliyyə direktoru David Sarkisyan facebook səhifəsində yazıb. “2020-ci ilin fevralında Mərkəzi Bank cəmi 368 milyard dram (təxminən 700 min ABŞ dolları) valyuta ehtiyatının qaldığını bəyan edib. Bundan bir neçə gün sonra, martın əvvəllərində Ermənistanda ilk koronavirus xəstəsi qeydə alınıb. Və ölkə iqtisadiyyatının və maliyyə bazarının ağır olan vəziyyəti daha da çöküb. Noyabr ayının sonuna Mərkəzi Bankın valyuta ehtiyatları 63 milyard dram (təxminən 120 min ABŞ dolları) azalaraq 305 milyard dram (təxminən 580 min ABŞ dolları) olub. Eyni dövrdə dövlət borcu 521 milyard dram (təxminən 1 milyarda ABŞ dolları) böyüyüb. Yəni  584 milyard dram (təxminən 1 milyard 100 min ABŞ dolları) “israf ediliv”, – deyə Sarkisyan qeyd edib.

Keçmiş maliyyə naziri 25 dekabr tarixinə qədər hökumətin Mərkəzi Bankdakı hesabının qalığının 280 milyard dram (təxminən 550 min ABŞ dolları) olduğunu bildirib. “Gələn il təqaüd və maaşlar utancverici bir həcmdə borc alınaraq ödəniləcək”.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*