“Ermənistanın əbədi olaraq regionda qalması üçün bu addımı atmalıyıq” – Xandanyan ETİRAF ETDİbackend

"Ermənistanın əbədi olaraq regionda qalması üçün bu addımı atmalıyıq" - Xandanyan ETİRAF ETDİ

“Mən illərlə Kirantsda yaşaya bilərəm, amma İrəvandan köçmək fikrində deyiləm”.

KONKRET.az xəbər verir ki, bunu erməni deputat Sərkis Xandanyan deyib.

O bildirib ki, Ermənistan həmişəlik mövcud olmalıdır.

“Ermənistanın əbədi olaraq regionda qalması üçün qonşuluq daxilində müəyyən birgəyaşayış formulunu formalaşdıra bilməlidir. Ona görə də sülh prosesinə alternativ yoxdur. Biz Ermənistanın suverenliyini və ərazi bütövlüyünü qorumaqla qonşularımızla sülhün bərqərar olması üçün bütün səyləri göstərməliyik”, – Xandanyan bildirib.

Siz Kirants kəndində neçə gün yaşaya bilərsiniz sualına deputat belə cavab verib: “Mən Kirantsda illərlə yaşaya bilərəm, amma İrəvandan köçmək fikrində deyiləm”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*