“Ermənistanın heç vaxt Aİ-yə üzv olmaq şansı olmayacaq” – Dmitri Rodionovbackend

“Ermənistanın heç vaxt Aİ-yə üzv olmaq şansı olmayacaq” - Dmitri Rodionov

“Ermənistanın Avropa İttifaqı ilə münasibətlərinə və Avropa Parlamentinin məlum qətnaməsinə gəlincə, bu, əlbəttə, kifayət qədər gülməlidir. Hətta nə vaxtsa Ermənistanın Avropa İttifaqına namizəd statusu alması baş versə belə, bu, real deyil”.

KONKRET.az xəbər verir ki, bu sözləri siyasi ekspert Dmitri Rodionov deyib.

“Bildiyimiz kimi, Türkiyə bir neçə onilliklərdir ki, bu statusla yaşayır. Türkiyənin üzv olması ilə bağlı danışıqlar 2005-ci ildə başlayıb və təbii ki, Türkiyənin nə vaxtsa Avropa İttifaqına üzv olmaq şansı yoxdur. Necə ki, Gürcüstanın, Moldovanın, Ukraynanın da bu şansı yoxdur. Təbii ki, Ermənistanda da bu, heç vaxt olmayacaq. Ona görə də Avropa Parlamentinin bu cür bəyanatları yalnız ironik təbəssüm yaradır. Məncə, Avropa Birliyinin genişlənmə tarixini bilənlər buna ancaq gülə bilər. Lakin bütün bunlar, əlbəttə ki, yalnız Ermənistanın xarici siyasət vektorunun Rusiyadan Qərbə dəyişməsi fonunda başa düşülməlidir”, – deyə Rodionov bildirib.

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmasına gəlincə, ekspertin fikrincə, bu, Rusiya ilə münasibətlərin tamamilə kəsilməsinə gətirib çıxaracaq və Bakıya yeni münaqişəyə başlamaq üçün faktiki dəvət olacaq:

“Əlbəttə, bu, Rusiya üçün kifayət qədər ağrılı olacaq, çünki Ermənistanın KTMT-dən çıxması və Rusiya hərbi bazasının çıxarılması, əslində, Rusiyanın Qafqazdan çıxması deməkdir. Amma bu, Ermənistan üçün çox daha ağrılı olacaq. Çünki onun üçün KTMT-dən çıxmaq və rus ordusunu çıxarmaq əslində Bakıya yeni münaqişəyə başlamaq üçün dəvətdir. Ən azından Bakının artıq İrəvandan ultimatum şəklində tələb etdiyi anklav kəndləri ilə bağlı hərbi qarşıdurma riski artacaq. Bu anklav kəndlərinin itirilməsi isə Gürcüstana və müvafiq olaraq Rusiyaya gedən yolun itirilməsi deməkdir. Yəni hərbi-siyasi əməkdaşlıqla yanaşı, iqtisadi əməkdaşlığa da son qoyulacaq. Amma bu, ən yumşaq ssenaridir, ən ağır ssenari isə Sünik (Qərbi Zəngəzur) bölgəsinin itirilməsidir. Bakı dəfələrlə bildirib ki, onlar bu dəhlizi zorla ələ keçə bilər. Ermənistan üçün isə ən ekstremal, ən pis ssenari dövlətçiliyin bütövlükdə itirilməsi və ərazisinin Türkiyə ilə Azərbaycan arasında bölünməsidir. Bu halda Ermənistanın həqiqətən də Avropa İttifaqına növbəsiz, amma Türkiyənin bir hissəsi kimi daxil olmaq şansı var”, – deyə Rodionov fikrini yekunlaşdırıb.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*