Ermənistanın keçmiş baş nazir müavininin əmisi oğlu çirkli pullar yuyub – 1 milyon dollarbackend

Ermənistanın keçmiş baş nazir müavininin əmisi oğlu çirkli pullar yuyub – 1 milyon dollar

Ermənistanın keçmiş baş nazirinin müavini Armen Gevorgyanın əmisi oğlu Sergey Minasyan Xüsusi İstintaq Xidmətinin araşdırdığı cinayət işlərindən birində təqsirləndirilən şəxs qismində ittiham olunub.

KONKRET.az xəbər verir ki, bu məlumatı “Sputnik Ermənistan” nəşri Xüsusi İstintaq Xidmətinə istinadən yayıb.

Xatırladaq ki, 11 iyun tarixində Xüsusi İstintaq Xidməti  Andranik Gevorgyanı oğlu Armen ilə birgə aldığı rüşvətin mahiyyətini və mənşəyini gizlətdiyinə görə ittiham edib.

O, 1 milyon dolları leqallaşdırıb. Ona qarşı yaşadığı ərazini tərk etməmək barədə qərar çıxarılıb.

Armen Gevorgyan 1 mart 2008-ci ildə konstitusiya quruluşunu devirməkdə günahlandırılır. 2008-ci ilin yazında Gevorgyan Ermənistanın ikinci prezidenti Robert Köçəryanın aparat rəhbəri vəzifəsini tutub.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*