Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyan günorta saatlarında Moskvada, Tverskaya küçəsində saxlanılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
General-mayor Ermənistanda bir neçə maddələrlə (“Sahibkarlıq fəaliyyətində qeyri-qanuni iştirak”, “Vəzifə səlahiyyətlərindən sui-istifadə”) axtarışa verilib.
Qeyd edək ki, Arşak Karapetyan 2021-ci ildə bir neçə ay Ermənistanın müdafiə naziri vəzifəsində çalışıb./axaraz