Ermənistanın müdafiə naziri Suren Papikyan nazirlikdə akkreditə olunmuş Ermənistan KİV-lərinin nümayəndələri ilə avqustun 16-da Azərbaycanla sərhəd zonasına gəlib.
KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı nazirliyin mətbuat xidməti yayıb.
Mənbə yazır ki, nazir müşahidə məntəqələrində görülən işlərin təfərrüatlarını təqdim edib və media nümayəndələrinin suallarını cavablandırıb.
Natiq Səlim,
KONKRET.az