Ermənistanın Naxçıvanı atəşə tutmasının ŞOK SƏBƏBLƏRİ: Kərki yüksəklikləri uğrunda mübarizə gedirbackend

Ermənistanın Naxçıvanı atəşə tutmasının ŞOK SƏBƏBLƏRİ: Kərki yüksəklikləri uğrunda mübarizə gedir

“Ermənistan Naxçıvan, xüsusilə Sədərək istiqamətində atəşkəsi pozur. Buna səbəb Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Ermənistan işğalında qalan Kərki kəndinin qaytarılması məsələsinin gündəmdə olmasıdır.

Bu fikirləri KONKRET.az-a açıqlamasında araşdırmaçı jurnalist Asif Nərimanlı səsləndirib. O bildirib ki, anklavların qaytarılmasının 10 noyabr Bəyanatına daxil edildiyi, lakin Ermənistan hakimiyyətinin daxili auditoriya qarşısında duruş gətirə bilməyəcəyi üçün çıxarıldığı və sonraya saxlanıldığı haqda məlumatlar var idi: “Kərki və Qazaxın 7 kəndinin yeni sərhəd müqaviləsinə daxil ediləcəyi gözləniləndir. Paşinyandan sonra Əliyevin Moskvaya səfərinin əsas gündəm mövzularından biri də sərhədlərin delimitasiyasıdır. Bunun fonunda Ermənistanın Sədərək istiqamətində hücum cəhdləri təsadüfi deyil:

POLİTOLOQ ASİF NƏRİMANLI: SƏRHƏDDƏ TƏXRİBATLAR GÖZLƏNİLƏN İDİ

1. Azərbaycanı cavab hücumuna təhrik etmək və KTMT-ni, eləcə də Rusiyanı öhdəlikləri qarşısında çıxılmaz vəziyyətə salmaq məqsədi daşıyır;

2. Ermənistan Rusiyanın öhdəliklərinə əvəz kimi, sərhəd müqaviləsində onun mövqeyini müdafiə etməsinə nail olmaq istəyir;

3. İstisna deyil ki, həmin bölgədə Kərki kəndinə, yaxud kəndə çıxan yola nəzarətə imkan verən yüksəkliklər uğrunda mübarizə gedir;

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*