“Mən Qarabağdan qayıdan ermənilərə deyəcəyəm ki, Ermənistanın özü Azərbaycanın nəzarəti altındadır və siz heç vaxt Qarabağa qayıtmayacaqsınız”.
KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistan Milli Assambleyasının deputatı Tiqran Abramyan öz Facebook səhifəsində yazıb.
O həmçinin müraciətində bildirib:
“Məktublar yazaraq ümidlərinizi beynəlxalq ictimaiyyətə bağlasanız, bir daha Qarabağa qayıtmayacaqsınız. Biz başqa istiqamətlərdə hərəkət etməliyik”, – deyə erməni deputat sərsəmləyib.
Günel Mikayılova,
KONKRET.az