Lars avtomobil yolu bütün növ avtomobillərin hərəkəti üçün bağlıdır.
KONKRET.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Departamenti məlumat yayıb.
Qeyd edək ki, Yuxarı Lars yolu Ermənistanı Rusiya ilə Gürcüstan vasitəsilə birləşdirən yeganə yoldur.