Ermənistanın təhsil naziri məhkəməyə veriləcək – SƏBƏBİ AÇIQLANDIbackend

Ermənistanın təhsil naziri məhkəməyə veriləcək – SƏBƏBİ AÇIQLANDI

Vəkil Vladimir Qabrielyan məktəblilərin məktəbdə maska ​​taxması tələbinin əsaslandırılması ilə əlaqədar olaraq Təhsil, Elm, Mədəniyyət və İdman naziri Araik Arutyunyana qarşı İnzibati Məhkəmədə iddia hazırlayır.

KONKRET.az xəbər verir ki, vəkilin news.am müxbirinə verdiyi məlumata görə, 24 avqustda bu mövzuda nazirə sorğu göndərib.

Vəkil 7-11 yaş arası uşaqlar ilə bağlı qərarın qanunauyğunluğu, tibbi göstəricilərin olması, uşağın sağlamlığa zərər vermədən neçə müddət maska ​​altında qalması barədə həkimlərin rəyi ilə maraqlanıb.

Cavab nazir müavini Janna Andreasyan tərəfindən imzalanıb. Qərarın Ermənistanın bütün sakinlərinə qapalı və açıq havada maskalar taxmağı əmr edən komendantın qərarına əsaslandığını bildirib.

O, əlavə edib ki, komendantın açıq havada maska ​​taxmaq qərarına da məhkəmədə etiraz ediləcək.

Vəkil nazirliyin cavabını dolğun hesab etmir, bununla əlaqədar məhkəməyə müraciət etmək niyyətindədir.

Babək Göyüş                       

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*