“Ermənistanın ümidi puç oldu, simvolik “qələbə” əldən çıxdıbackend

"Ermənistanın ümidi puç oldu, simvolik “qələbə” əldən çıxdı

Rəsmi Bakı Beynəlxalq Məhkəmənin “Ermənistanın Azərbaycana qarşı” işi üzrə 17 noyabr 2023-cü il tarixli irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı müvəqqəti tədbirlər haqqında qərarını alqışlayır. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir. Həmçinin, məhkəmənin Azərbaycanın ərazi bütövlüyünü, Qarabağ üzərində suverenliyini təsdiq etdiyi vurğulanır. “Məhkəmə Azərbaycanın bütün hərbi və hüquq-mühafizə orqanlarının Qarabağ bölgəsindən çıxarılması ilə bağlı əsassız və absurd tələbi rədd edib”, – Azərbaycan XİN-in bəyanatında belə deyilir. Məhkəmə, həmçinin, Ermənistanın separatçı rejimin nümayəndələrinə qarşı istintaq hərəkətləri ilə bağlı vəsatətini təmin etməyib.

Onlar ölkənin Cinayət Məcəlləsinə əsasən, separatizm və terrora dəstək ittihamı ilə saxlanılıblar. Ermənistanın davamlı olaraq Azərbaycana qarşı bu cür iddiaları beynəlxalq hüququn norma və prinsiplərinə ziddir.

KONKRET.az xəbər verir ki, bunu gürcüstanlı professor, siyasi elmlər doktoru Vaxtanq Maisaya deyib. Professor bildirib ki, Beynəlxalq Məhkəmənin qərarından aydın olur ki, beynəlxalq hüquqa uyğun olaraq, ərazi bütövlüyü və dövlət suverenliyi bu hakimiyyət üçün prioritet olaraq qalır. “Ermənistanın bu cür cəhdləri məğlubiyyət sindromunun sübutu kimi qiymətləndirilə bilər. O, hərbi mənada və Qarabağ separatçılarını dəstəkləməkdə üzləşdiyi uğursuzluğu hansısa yolla kompensasiya etmək istəyir. Separatçılar artıq azadlıq döyüşçüləri hesab edilmir. Bunu Beynəlxalq Məhkəmə separatçı liderlərin azad olunması ilə bağlı İrəvanın tələbini rədd edərkən təsdiqləyib. Hesab edirəm ki, aqressiv separatizm artıq beynəlxalq ictimaiyyət tərəfindən asimmetrik təhdid növlərindən biri kimi tanınıb. Beynəlxalq Məhkəmənin indiki qərarı da bunun təsdiqidir. Bu, hələ də ərazi bütövlüyü ilə bağlı problem yaşayan digər ölkələr üçün yaxşı siqnaldır. Mən ilk növbədə öz ölkəmi, Gürcüstanı nəzərdə tuturam. Və onu da əlavə edim ki, Beynəlxalq Məhkəmənin bu hökmü Qarabağın Azərbaycan dövlətinin ixtiyarına qaytarılmasının yekun aktı sayıla bilər”.

İsveçli ekspert, fəlsəfə elmləri doktoru Qreq Saymons isə hesab edir ki, Ermənistan beynəlxalq hüquqi sənədlərdən istifadə edərək, Qarabağda öz siyasi məqsədlərinə çatmaq üçün onlardan istifadə etməyə çalışır. Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələrinin İrəvanın iradəsinə və siyasətinə əməl etməsini təmin etmək üçün lazımi imkanlara malik olmadığı göz qabağındadır: “Beynəlxalq Cinayət Məhkəməsinin bu yaxınlarda çox şübhəli hüquqi əsaslarla prezident Putinə qarşı son həbs orderini nəzərə alsaq, Ermənistan ümid edə bilərdi ki, onun xeyrinə oxşar siyasi motivli hüquqi qərar verilə bilər. Amma ümidləri puç oldu və simvolik “qələbə”yə nail ola bilmədilər”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*