“Artıq yeni müharibə yetişib. Cənab Aşotyan, bütün bunları necə qiymətləndirərdiniz? Yeni fəlakətlərin qarşısını almaq üçün nə edə bilərik?”.
KONKRET.az xəbər verir ki, bu sualı sosial şəbəkələrin erməni seqmentində Karen Lernoyan adlı şəxs siyasi fəal Armen Aşotyana ünvanlayıb.
O isə sualı belə cavablandırıb: “2020-ci il noyabrın 9-dan sonra erməni xalqı yeni müharibələrin, yeni itkilərin, yeni güzəştlərin qarşısını almaq üçün ən mühüm addımı atmadı: Nikolu yola salmadı, böyük insan və ərazi itkilərinin səbəbkarlarını cəzalandırmadı. Nikol cəzasız qaldıqca, belə də davam edəcək.
Sərhədlərimizdə dayanan əsgərlərə hörmətlə yanaşsaq da, bildirmək lazımdır ki, Nikol sayəsində bizim nə daxili, nə də xarici təhlükəsizlik mexanizmlərimiz var. Paşinyan ordunu darmadağın etməklə Ermənistanı axmaq bir vəziyyətə gətirib çıxarıb. Köhnə müdafiə sistemini məhv edib, yenisini isə yaratmayıb.
Ermənistanın yalnız bir halda şansı olacaq. Əgər erməni xalqı Nikol Paşinyanı devirsə, onda bütün xilas yolları Respublika meydanına, əks halda yaxınlıqdakı məzara aparır”.
Natiq Səlim,
KONKRET.az