Ermənistanın Rusiyanın Yekaterinburq şəhərində yerləşən fəxri konsulluğu 7 illik fəaliyyətindən sonra bağlanıb.
KONKRET.az axar.az-a istinadən xəbər verir ki, bu barədə konsulluğun sosial şəbəkə hesabında məlumat yayılıb.
“Hörmətli vətəndaşlar, Yekaterinburqda Ermənistanın fəxri konsulu Narek Spartakyanın statusunun dayandırılması ilə əlaqədar olaraq ofisimiz fəaliyyətini dayandırır. Yeddi il ərzində bizə 57 mindən çox vətəndaş müraciət edib”, – məlumatda qeyd olunub.
Məlumata görə, Spartakyanın vəzifədən azad edilməsinə onun Ermənistan rəhbərliyinin kilsə ilə bağlı mövqeyi və iş adamı Samvel Karapetyanın həbsi məsələsindəki narazılığı səbəb olub.