Ermənistanla Azərbaycan arasında toqquşma ola bilər – DETALLARbackend

Ermənistanla Azərbaycan arasında toqquşma ola bilər - DETALLAR

Cənubi Qafqaza can atan kollektiv Qərb  öz məqsədinə çatmaq üçün bəzi planlarını işə salıb. Bunun kökündə Azərbaycanı şantaj etmək kimi məkrli  siyasət dayanır. Ermənistanı əllərində vasitə edən güclər Azərbaycana təzyiqi artırmaqla regiona soxulmağa çalışırlar.

Məsələni KONKRET.az-a şərh edən politoloq Oktay Qasımov bildirib ki, ABŞ-ın Azərbaycana təzyiqini ermənilərə olan sevgidən irəli gəldiyini söyləmək mümkün deyil: “ABŞ-ın bölgədə konkret öz maraqları var və bu maraqları həyata keçirtmək üçün Ermənistandan vasitə kimi istifadə edilir. Ümumiyyətlə, erməni məsələsi son bir əsrdə böyük güclərin əlində alətə çevrilib. Bundan xüsusilə Türkiyəyə qarşı istifadə ediblər. İndi də sırada Azərbaycandır. ABŞ  Rusiyanın bölgədən sıxışdırılmasına nail olmaq üçün Ermənistandan istifadə edir, ona şirnikləşdirici təkliflər verir, təhlükəsizliyi ilə bağlı problemlərin həll olunacağını vəd edir.

Bu baxımdan ABŞ-ın hal-hazırkı siyasəti ermənilərə sevgidən daha çox öz maraqlarının həyata keçirilməsindən ibarətdir. Təbii ki, bu siyasətin həyata keçirilməsində xristian təəssübkeşliyi və erməni diasporunun təsirini də inkar etmək olmaz. ABŞ Cənubi Qafqaz və Orta Asiyanı öz nəzarətində saxlamaq və gələcəkdə Çinlə rəqabətdə bunu istifadə etməyə çalışır. Amerika və Fransa bölgəni rəqabət meydanına çevriməkdə maraqlıdır, Azərbaycan isə bununla razılaşmır”.

Daha sonra sülh müqaviləsi perspektivinə toxunan politoloq bildirib ki, bu ilin sonuna qədər sülh müqaviləsindən söhbət gedə bilməz: “2023-cü ildə bunun baş tutması mümkün deyil. Çünki Ermənistan müstəqil qərar verməkdən çox uzaqdır. Məhz bu baxımdan sülh müqaviləsinin imzalanması hələlik real görünmür. O zaman real ola bilər ki, Ermənistan müstəqil şəkildə qərarlar qəbul etsin və Azərbaycanla birbaşa danışıqlara gedərək sülh müqaviləsini imzalasın. İkinci halda Amerika bu məsələdə maraqlı olmalı və Ermənistanı sülhə məcbur etməlidir. Amma Ermənistan siyasi manipulyasiya ilə sülh müqaviləsindən yayınır.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*