“Ermənistanla Azərbaycan arasında yeni müharibə qısa, lakin çox gərgin olacaq” – Amerikalı analitiklərbackend

"Ermənistanla Azərbaycan arasında yeni müharibə qısa, lakin çox gərgin olacaq" - Amerikalı analitiklər

“Ermənistanla Azərbaycan yeni qarşıdurmaya doğru gedir”. 

KONKRET.az xəbər verir ki, bu barədə Amerikanın nüfuzlu “Foreign Policy” nəşri yazı dərc edib. Nəşr ictimaiyyətin diqqətini siyasi analitiklərin araşdırdığı dünyanın ən mühüm on münaqişəsinə cəlb edib. Jurnal müasir dünyanın ən aktual problemləri kimi Ukrayna müharibəsini, Ermənistanla Azərbaycan arasındakı münaqişəni, həmçinin İran, Yəmən, Efiopiya, Konqo və Pakistandakı vətəndaş qarşıdurmasını və nəhayət, Tayvan ətrafındakı vəziyyəti qeyd edir.

Nəşr Ermənistan və Azərbaycan sərhədindəki vəziyyəti daha ətraflı şərh edib.

Siyasi ekspertlər əmindir ki, Ukrayna müharibəsi Cənubi Qafqazda yeni qüvvələr balansına çox təsir edib.

“Qarabağ uğrunda müharibənin başa çatmasından iki il sonra Ermənistan və Azərbaycan yeni qarşıdurmaya doğru gedir”, – deyə amerikalı analitiklər bildirib. Onların fikrincə, Rusiyanın Ukraynadakı uğursuzluğu regionla bağlı ilkin planları pozub.

Analitiklərin proqnozlarına görə, Ermənistanla Azərbaycan arasında qaçılmaz yeni müharibə qısamüddətli, lakin 2020-ci ilin 44 günlük savaşından heç də az dramatik olmayacaq.

Jurnal Ermənistan-Azərbaycan münaqişəsinin son həllinin iki layihəsi olan Rusiya planı və “Vaşinqton prosesi” arasında paralellər apararaq, Amerika variantının üstünlüyünü təsdiqləyib.

Bununla belə, ekspertlər sülh danışıqlarının heç bir nəticə verməyəcəyini və yeni müharibənin başlayacağını proqnozlaşdırırlar.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*