Bu gün yerli vaxtla saat 03:01-dən etibarən Azərbaycan-Ermənistan sərhədində ard-arda 4.8, 3 və 3.8 maqnituda zəlzələlər qeydə alınıb.
KONKRET.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələlər nəticəsində ölkə ərazisində hər hansı dağıntı və ya insan xəsarəti barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.