Ermənistanla Türkiyə arasında müharibə olmayacaq – Lavrovbackend

Ermənistanla Türkiyə arasında müharibə olmayacaq - Lavrov

KONKRET.az xəbər verir ki, Rusiya Ermənistanla Türkiyə arasındakı problemlərin aradan qaldırılması üçün əlindən gələni edir. Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Zöhrab Mnaçakanyan ilə birgə mətbuat konfransı zamanı açıqlama verib.

Lavrov bildirib ki, “Rusiya 2010-cu ildə Ermənistanla Türkiyə arasında diplomatik münasibətlərin yaradılması üçün Sürix Protokollarının bağlanmasına fəal töhfə verib”.

Rusiya Xarici İşlər Naziri qeyd edib ki, Rusiya Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesini irəliləmək üçün öz imkanlarından istifadə etməyə hazırdır. “Heç kimin bu ölkələr arasında müharibəyə başlayacağına inanmaq üçün heç bir əsas görmürük. Hər halda, bütün siyasətimiz sülh, birgə yaşamaq və qarşılıqlı faydalı əməkdaşlığın qurulmasına yönəlib”, – deyə Lavrov bildirib.

Xarici işlər naziri deyib ki  hətta o zaman Rusiya tərəfi iki ölkə arasında diplomatik əlaqələrin yaranmasına ciddi şübhə ilə yanaşıb: “Ancaq o zaman erməni həmkarları hər şey əla olacaq, bizə söz veriblər”,- deyə çox əmin danışırdılar. Amma təəssüf ki, Sürix protokollarının taleyini hamınız bilirsiniz”.

KONKRET.az xatırladır ki, Ermənistanla Türkiyə arasında diplomatik münasibətlər mövcud deyil və Ermənistan-Türkiyə sərhədi rəsmi Ankaranın təşəbbüsü ilə 1993-cü ildən bağlanıb. 2008-ci ilin payızında münasibətlərin normallaşdırılması prosesinə Ermənistanın o zamankı prezidenti Serj Sarkisyan başlayıb.

10 oktyabr 2009-cu ildə Sürixdə Ermənistan və Türkiyənin xarici işlər nazirləri “Diplomatik əlaqələrin qurulmasına dair Protokol” və “İkitərəfli əlaqələrin inkişafı haqqında Protokol” imzalayıblar, bu sənədlər iki ölkənin parlamentləri tərəfindən təsdiqlənib. Lakin 22 aprel 2010-cu ildə Sərkisyan öz fərmanı ilə Ermənistan-Türkiyə protokollarının ratifikasiya prosesini dayandıraraq, Türkiyənin bu prosesi davam etdirməyə hazır olmadığını bildirib.

Beləliklə, 1 mart 2018-ci ildə Ermənistan və Türkiyə arasında “Diplomatik münasibətlərin qurulmasına dair Protokol” un və “İkitərəfli əlaqələrin inkişafı Protokolu” nun ratifikasiya müddətinin dayandırılması haqqında fərman imzalanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*