Ersin Tatar İlham Əliyevə təşəkkür etdibackend

Ersin Tatar İlham Əliyevə təşəkkür etdi

Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

KONKRET.az xəbər verir ki, Prezidenti İlham Əliyevin Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının toplantısında Şimali Kipr Türk Respublikasının bayrağının Azərbaycanda keçiriləcək tədbirlərdə dalğalanacağını bəyan etməsindən sonra Ersin Tatar yazılı açıqlama verib.

“Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının toplantısında Şimali Kipr Türk Respublikasının bayrağının Azərbaycanda keçirilən tədbirlərdə dalğalanacağını bildirməsi məni sevindirdi.

Şərqi Aralıq dənizində bir millət, üç dövlət anlayışı ilə bir türk dövləti olan KKTC bu anlayışla varlığını davam etdirərkən, mənim ən böyük arzumdur ki, qəlb birliyi, dəyərlərimiz və Azərbaycanla ayrılmaz bir əlaqəmiz olsun.

Mən cənab Prezident Əliyevə verdiyi bəyanatlara görə təşəkkür etmək istəyirəm və ümid edirəm ki, qardaşlığımız, əməkdaşlığımız əbədi olacaqdır”, – deyə Tatar bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*