“Ertem Şenerin İTV-yə müraciət etməsi həqiqəti əks etdirmir”backend

“Ertem Şenerin İTV-yə müraciət etməsi həqiqəti əks etdirmir”

Ertem Şenerin “Napoli”-“Qarabağ” oyununu şərh etməsi ilə bağlı İctimai Televiziyaya (İTV) hər hansı müraciət olunması barədə məlumatlar həqiqəti əks etdirmir.

KONKRET.az xəbər verir ki, bu barədə TVNET platforması məlumat yayıb.

Bildirilib ki, belə bir müraciət olmadığı üçün İTV tərəfindən guya mənfi cavab verilməsi ilə bağlı yayılan xəbərlər də tamamilə yanlışdır.

“Bu mövzuda nə SPORT TV, nə də Ertem Şener tərəfindən İTV-yə müraciət olunmayıb. Bir müddət əvvəldən şərhçinin məhz hansı oyunları televiziyamızda şərh edəcəyi ilə bağlı məlumatlar paylaşılırdı. 

Bəzi sosial media səhifələrinin heç bir lüzum olmadığı halda belə bir ajiotaj yaratmağa cəhd etməsi və İTV-nin adını hallanması təəssüf doğurur.

Bir daha bildiririk ki, Ertem Şener mövsümün sonunadək Avrokubok qarşılaşmalarını TVNET platformasına aid olan SPORT TV kanalında şərh edəcək”,– deyə açıqlamada qeyd olunur.

Xatırladaq ki, bundan öncə “Sportal.az” portalı Ertem Şenerin sözügedən matçı şərh etməsi ilə bağlı İTV-yə müraciət etdiyini, telekanalın isə bu təkliflə razılaşmadığını bildirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*