Quba rayon İcra Hakimiyyəti başçısının Zərdabi İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Ramin Nəcəfov “Heydər Əliyev Fondu” tərəfindən aztəminatlı ailələr üçün göndərilən ərzaq paylarını mənimsəyərək satıb.
KONKRET.az xəbər verir ki, Bu barədə xəbər alan Quba rayon İcra Hakimiyyəti başçısı Ziyəddin Əliyev İcra nümayəndəsinin dərhal cəzalandırılması üçün tapşırıq verib. Məsələ ilə əlaqədar olaraq sözü gedən məmur barəsində Quba rayon prokurorluğunda araşdırmalara başlanılıb.
Qeyd edək ki, Ramin Nəcəfovun atası Rafik Nəcəfov Quba rayon Qəcəlzeyid kənd orta məktəbinin direktoru vəzifəsində çalışır.
Növbəti sayımızda onun bu və digər digər qanunsuz əməlləri barədə video reportaj təqdim olunacaq.
/NOCOMMENT.az/