Əsəd ordusu Hələbi tamamilə nəzarətə götürdü – VİDEObackend

Əsəd ordusu Hələbi tamamilə nəzarətə götürdü - VİDEO

Suriya prezidenti Bəşər Əsədin hökumət qüvvələri üsyançı qrupun tərk etdiyi Böyük Hələb ərazisini nəzarətə götürüb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı “Əl-Masdar News” qəzeti yazıb.

Mediada yayılan məlumatlara görə, üsyançılar altı ildən çox bu əraziyə nəzarət etdikdən sonra Anadan düzənliyini tamamilə təslim ediblər.

Anadan düzənliyinin ələ keçirilməsi Suriya Ərəb ordusunun Hələb şəhərində əvvəllər üsyançıların nəzarətində olan bütün ərazilərə tam nəzarət etdiklərini elan etdikdən bir qədər sonra baş verib.

Böyük Hələb və vilayət paytaxtına nəzarətin qurulması ilə atəşkəs çox güman ki, dayandırılacaq və Astanada sülh danışıqları davam edəcək.

Mediada yayılan məlumatlara görə, Rusiya hərbçiləri Hələb-Dəməşq şossesi boyunca yerləşdirilib.

Hərbi polis əvvəllər üsyançıların nəzarətində olan ərazilərdə yeni nəzarət nöqtələri qurur və bu da Hələb-Dəməşq avtomobil yolunu mülki istifadə üçün etibarlı hala gətirir.

Növbəti günlərdə Suriya ordusunun minalardan təmizlənməsi əməliyyatı tamamlandıqdan sonra Hələb-Dəməşq magistralının İdlib zolağına təmir qruplarının göndəriləcəyi gözlənilir.

Xatırladaq ki, Suriya ordusu Rusiya aviasiyasının dəstəyi ilə Türkiyənin dəstəyindən istifadə edən İdlibdə üsyançılara qarşı genişmiqyaslı hücum həyata keçirir. Hücumlar nəticəsində Türkiyə ordusunun bəzi müşahidə postları bağlanıb.

Fevral ayında bölgədəki Suriya və Türk əsgərləri arasında şiddətli qarşıdurmalar baş verib, nəticədə hər iki tərəf itki verib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dəməşqdən İdlib vilayətindəki qoşunların ayın sonunadək Türkiyənin müşahidə postlarından çıxarılmasını istəyib və Rusiya Federasiyasını Suriya ilə bağlı müqavilələri pozmaqda günahlandırıb.

Suriya ordusunun hücumları davam edərsə, İdliblə bağlı Soçi razılaşmasını pozacağı ilə də hədələyib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*