Əsəd ordusu hücuma keçdi – İdlibdəki strateji şəhər yenidən nəzarətə götürüldübackend

Əsəd ordusu hücuma keçdi - İdlibdəki strateji şəhər yenidən nəzarətə götürüldü

Suriya hökumət qüvvələri İdlib əyalətinin Hələb şəhərinə aparan və iki əsas yolun birləşməsində yerləşən strateji Serakib şəhərinə nəzarəti bərpa edib.

KONKRET.az Ukrayna mediasına istinadən xəbər verir ki, Suriya ordusu tərəfindən hücumun martın 1-dən başladığı bildirilir.

Bundan əvvəl isə türk qoşunları tərəfindən bölgədə əks hücum yenidən başlayıb.

Nəşrin yazdığına görə, Suriya ordusunun bölmələri “Hizbullah” birləşmələri ilə birlikdə və Rusiya aviasiyasının dəstəyi ilə bu gün səhər düşməni Afes və Nayrab bölgələrində sıxışdıra bilib.

İndi Suriya ordusu əks hücum başlamazdan əvvəl Serakibin küçələrini yoxlayır.

Bildiyiniz kimi, Türkiyə tərəfindən dəstəklənən üsyançılar fevralın 27-də Serakibi geri alıblar. Və cəmi bir neçə gün şəhərə nəzarət edə biliblər.

Qeyd edək ki, əks hücum zamanı Əsəd ordusu tərəfindən geri alınan ilk şəhər İdlibin şimal-qərbindəki Nayrab idi.

Babək Göyüş

KONKRET.az

Türkiyə ordusunun cavab zərbəsi Rusiya hərbiçilərini vahiməyə saldı — Silahlarını atıb belə qaçdılar (VİDEO)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*