“Əsgərcell” layihəsində hansı şərtlərə əməl olunmalıdır?backend

"Əsgərcell" layihəsində hansı şərtlərə əməl olunmalıdır?

“Bu müsbət layihədir. Orduda nizam-intizam var, günün müəyyən qaydaları mövcuddur və bu qaydalar qorunmalıdır. Əgər layihə həyata keçirilsə, həmin nizam-intizam qaydaları pozulmamalıdır”.

KONKRET.az xəbər verir ki, bu sözləri Demokrat.az-a açıqlamasında hərbi məsələlər üzrə ekspert Rövşən Məhərrəmov deyib.

O bildirib ki, smartfon tipli telefonlara məxfilik rejimini qorumaq üçün icazə verilməməlidir:

“Mobil telefonlardan yalnız müəyyən saatlarda istifadə olunması məqsədəuyğundur. Bu, daha səmərəli nəticə verəcək, çünki hərbi qulluqçuların döyüş qabiliyyətinin artırılması ilə bağlı təlimlər zamanı telefonlardan istifadə qadağan edilməlidir.

Eyni zamanda əsgərlərin ailələri ilə müəyyən vaxtlarda əlaqə saxlamasına şərait yaradılması müsbət haldır. Bu, onların ailələrinə də arxayınlıq və rahatlıq gətirəcək. Layihə yalnız müəyyən saatlarda istifadə üçün icazə verilməlidir”.

Qeyd edək ki, 2026-cı ildən etibarən əsgərlərə telefon işlətməyə icazə verən qanun layihəsi hazırlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*