Fələstin-İsrail münaqişəsi başlayandan bəri fələstinlilər üçün yoxsulluq səviyyəsi 20% artıb.
KONKRET.az xəbər verir ki, bu qiymətləndirmə BMT-nin İnkişaf Proqramı (UNDP) və Qərbi Asiya İqtisadi və Sosial Komissiyasının (ESCWA) ekspertləri tərəfindən aparılıb.
Məlumata görə, eskalasiya başlayandan bir ay ərzində Fələstində yoxsulluğun səviyyəsi 20% artıb, ümumi daxili məhsul (ÜDM) isə 4,2% azalıb.
Bildirilir ki, 390 min fələstinli artıq işini itirib.
Proqnozlara görə, anklavda döyüşlər noyabr ayına qədər davam edərsə, Fələstində yoxsulluq 34% artacaq və təxminən 500 000-dən çox insan ağır maliyyə çətinliyi ilə üz-üzə qalacaq.
Ariz Həsənoğlu,
KONKRET.az