Əslində İranda nə baş verir? – ARAŞDIRMAbackend

Əslində İranda nə baş verir? - ARAŞDIRMA

İranda sentyabrın 16-da Məhsa Əmininin ölümünə görə başlayan etirazlar hələ də davam edir.

KONKRET.az xatırladır ki, sentyabrın 13-də azacıq saçı göründüyü üçün Tehranda əxlaq polisi tərəfindən saxlanılan 22 yaşlı qız göstərilən zorakılıq nəticəsində 3 gün sonra xəstəxanada ölüb.

Buna etiraz olaraq İrandakı əksər hicablılar baş örtüyünü yandırır, molla rejimini hər növ təhqir edirlər.

İbrahim Rəisi Xamenei savaşı?

İranda baş verənlər islam respublikasının parçalanacağı kimi şərh olunur və molla rejimi aksiyalara sionist donu geyindirərək minə yaxın nümayişçini öldürüb, minlərlə insanı həbs edərək işgəncələrə məruz qoyur. 50 günə yaxındır ki, davam edən mitinqlər ABŞ-ın İrana hücum edəcəyi kimi də yozulur. Amma işin içində iş var. Çünki etirazlar başlayandan bir neçə gün sonra İbrahim Rəisi Nyu-Yorka səfər edib. Onun ABŞ səfərində ən yaddaqalan hadisələr bunlardır:

– BMT Baş Assambleyasında Rəisinin çıxışı İsrail nümayəndə heyəti tərəfindən baykot edilib

– CNN telekanalına müsahibə zamanı Rəisi xanım müxbirdən hicab taxmağı tələb edib

– Nyu-Yorkdan qayıdanda İran Prezidentinin Amerikadan etdiyi bazarlıq diqqət çəkib

Apardığımız araşdırmalar arasında maraqlı məlumatlara rast gəlmişik. Deyilənə görə, Nyu-Yorkun bağlı qapıları arxasında İran ilə ABŞ arasında şifahi razılaşmalar qeydə alınıb:

1. Taliban hələ ki, İrana hücum etməyəcək.

2. İran Rusiyanın nəzarət etmək istədiyi Zəngəzur dəhlizinə mane olacaq.

3. Oktyabrda OPEC və OPEC+ qrupunun qərarından sonra Co Baydenlə Səudiyyə Ərəbistanı münasibətləri gərginləşib. Bundan dolayı, İrana ərəbləri cəzalandırmaq icazəsi verilib.

4. Məhsa Əmininin ölümü ilə bağlı etirazlar Əli Xamenei devrilənədək davam etdiriləcək. İran Ali Dini Rəhbərdən Prezident idarəçiliyinə keçəcək.

Həqiqətən də, İrandakı etirazlar Xamenei heykəllərinin sökülməsi, qırmızıya boyanması ilə yadda qalıb. Yəni İbrahim Rəisinin rəsmi yandırılan videolara rast gəlinmir. Həm də Rəisi nümayişlərin gur xarakter daşıdığı Tehranda Paşinyanı rahat qəbul etmək iqtidarındadır. Bundan başqa:

• Bir ay əvvəl Əli Xameneinin öldüyü barədə xəbərlər yayılmışdı.

Aksiyalarda Bəsic Müqavimət Qüvvəsinin binaları da yandırılır. Sözügedən könüllü milis təşkilatı əmrləri birbaşa dini liderdən alır.

İndi isə bu iddiaları təkzib edən faktlarla tanış olaq:

– İbrahim Rəisi Məşhəddə doğulub və qatı dindardır

– Ruhullah Xomeyninin yaratdığı “ölüm komitəsi”nin 4 üzvündən biri olub. Bu komitə müxalifətçilərə edam qərarı verib

– Xameneinin dövründə isə onun karyerası daha da inkişaf edib. İslam Respublikasın Baş Prokuroru və başqa ali vəzifələrə yüksəlib

– 2017-ci il Prezident seçkilərində Həsən Ruhaniyə uduzub

Hər iki versiyanı təhlil edəndən sonra belə bir proqnoz vermək olar ki, İran İslam Respublikası dağılmasa, yaxud rejim dəyişməsə, İbrahim Rəisi İranın Ali Dini Rəhbəri olacaq.

Anar Rəhimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*