“ƏSLİNDƏ, PUŞKİN HAQLI İDİ, SƏN QORXAQSAN, QULSAN, ERMƏNİSƏN!”.
KONKRET.az xəbər verir ki, bunu yazıçı Levon Cavaxyan erməni mediasına müsahibəsində deyib.
Müsahibədən bir hissəni təqdim edirik:
“Puşkini niyə “Tы трус, ты раб, ты армянин” yazdığına görə mühakimə edirik?!… Əslində, düz deyib, ermənidə həm Njde, həm də qul var.
İndi isə bu növ daha da artıb. Mən də çox məyus oldum. Əslində türklər vətənlərini ermənilərdən çox sevirlər. Türklər torpağı sevirlər, biz pulu sevirik, vətəni pula görə itiririk. Torpaq vətənin başlanğıcıdır.
Nikolun yaxşı bacardığı tək şey kreslodan yapışmaqdır. Necə saqqız bir yerdə yapışıb qopmur, o da eyni şəkildə stula yapışıb.
Müharibənin nəfəsi hiss olunur və bu, yeni müharibənin başlanğıcıdır. Bu, Qərbin, Rusiyanın və ya avanqard Avropanın necə reaksiya verəcəyinə dair hisslərə təsir edir. Onlar müharibəyə başlamaq və dünya qarşısında ədalətli xalq olmaq istəyirlər. Çavuşoğlunun dediyi kimi, Azərbaycanın tələbi ədalətlidir. Yəni Türkiyənin də tələbi ədalətli idi, bəs nə oldu?
Ən böyük çətinliklər hələ qabaqdadır. Onların əsas məqsədi Zəngəzur dəhlizinin açılmasıdır. Onlar üçün bu, bəlkə də Qarabağdan daha vacibdir. Çünki bu, Azərbaycandan daha çox Türkiyənin özünü maraqlandırır.
Mən çox istərdim ki, bu oyun bitsin və Azərbaycanın “mühakimə” olunacağına ümid bəsləyirəm. Onlar hansısa formada cəzalandırılacaq, bizim tərəfimizdən olmasa, heç olmasa başqasının əli ilə.
Bizim başqa pulumuz və başqa oyunumuz yoxdur. Bizim istər-istəməz əsas oyunumuz və bacarığımız döyüşə hazırlaşmaqdır. Müharibəni boğazımızdan tutmamış, boğazından tutacaq, boğacağıq. Qarşıda müharibə təhlükəsi var”.
Xuraman Etibarlı,
KONKRET.az