Etibar Mirzəyev yanğınların baş verdiyi ərazilərdə – FOTOLAR+VİDEObackend

Etibar Mirzəyev yanğınların baş verdiyi ərazilərdə - FOTOLAR+VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınları ilə mübarizə məqsədilə Türkiyəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını davam etdirirlər.

FHN-dən KONKRET.az-a verilən məlumata görə, avqustun 6-i Türkiyəyə yola salınmış və tərkibinə 40 ədəd yanğınsöndürmə texnikası və 160 nəfər şəxsi heyət daxil olan qrup da artıq yanğınların söndürülməsi əməliyyatlarına qoşulub.

Hazırda Muğla Ören ərazisində yerləşən strateji əhəmiyyətli Yeniköy və Kəmərköy istilik elektrik stansiyalarında yanğından mühafizə tədbirləri davam etdirilir, sutkalıq növbətçilik təşkil olunub. Ötən gün ərzində FHN-in yanğın-xilasetmə qüvvələri tərəfindən Yeniköy istilik elektrik stansiyasına yaxın olan ərazilərdə gecə saatlarında kəşfiyyat, yanğınsöndürmə və soyutma işləri həyata keçirilib.

Bundan başqa, Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri Türkiyənin Kəmərköy, Yunaklı dağ, Kozağac, Köyceğiz, Aydın Akçaova rayonlarında meşə yanğınlarının söndürülməsi istiqamətində uğurlu fəaliyyətlərini davam etdiriblər. Bir sıra istiqamətlərdə işlər gecə saatlarında da davam etdirilib.

Qüvvələrin fəaliyyətinin koordinasiya edilməsi məqsədilə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev də yanğınların baş verdiyi ərazilərdə olub.

Həmçinin, ötən sutka ərzində Köyceğiz istiqamətində yanğınların söndürülməsinə cəlb edilən FHN-ə məxsus “BE-200ÇS” tipli amfibiya təyyarəsi 18 dəfə suboşaltma əməliyyatı yerinə yetirməklə, yanğın sahələrinə 165 ton su səpib. Eyni istiqamətdə fəaliyyət göstərən FHN-in helikopteri isə 19 dəfə suboşaltma əməliyyatı həyata keçirməklə, 48 ton su səpib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*