Etibarnamə ilə avtomobil alanlara XƏBƏRDARLIQ – VİDEObackend

Etibarnamə ilə avtomobil alanlara XƏBƏRDARLIQ - VİDEO

Etibarnamə ilə avtomobil aldı, başına iş gəldi. Avtomobili sürə bilməmiş nəqliyyat vasitəsinin üzərinə həbs qoyuldu.

KONKRET.az Xəzər TV-yə istinadən bildirir ki, xəbər verir ki, Ağcabədi sakini Allahverən Hacıyev iki il öncə paytaxtdakı avtomobil bazarından etibarnamə ilə maşın alıb.

10 aydan sonra ona polis bölməsindən zəng edilib və maşının üzərinə həbs qoyulduğu bildirilib.

Allahverən Hacıyev baş verənlərdən sonra maşının əvvəlki sahibini axtarmağa başlayıb. Həmin şəxs də iddia edib ki, onun avtomobilin ilk sahibinə heç bir borcu olmayıb. Sadəcə olaraq avtomobilin sahibi olan həmin xanım vəziyyətdən sui-istifadə edir.

Məsələ ilə bağlı hüquqşünas Babək Həmidov bildirib ki, ilk öncə hər bir vətəndaş qanunvericiliyin tələbinə uyğun olaraq alqı-satqı müqaviləsi bağlamalıdır.

Hüquqşünas həmçinin əlavə edib ki, bu vəziyyətdə şikayətçi avtomobili aldığına dair sübutları varsa, bu zaman məhkəmədə öz haqqını tələb edə bilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

  • Nicat
    Yanvar 27, 2024 - 00:25

    Salam mən nicat Abbasov Abbas oğlu
    27.12.2020 çil tarixində Sumqayıt şəhərində yerləşən 888 avto salon adli avto salondan 5000 ilkin ödəniş edərək Mersedes 10 vq 832 dövlət qeydiyatli nişanlı avtomobili 13500 AZN kirdet yol ilə aldım pandemiyav və qaranın və müharibə vaxtlarında belə ödənişləri gecikdirməyin vaxdi vaxtında ödənişlərin etdim buna baxmayaraq kirdetin bitməsinə 1 ay qalmış avtomobili mənim xəbərim olmadan evakuator vasdəsilə aparıblar dəfələrlə görüşlərim olub geri qaytarmadilar özlərini Mehriban xanımın yaxın qoxumu və Pirzdentin yaxın dosdu olduğunu bildirdi polisə və digər qurumlara şikayətim olarsa mənə hədə qorxu gəldilər avtomobildə olan 3200 manat pulu və bütün sənədlərimi geri qaytarmadilat maşında olmadığını bildirdi lakin sonralar 3200 manatın 2000 qaytardı baş mütəşəkkil və cinayet axtarış idarəsinə və daxili işlər nazirliyinə yazılı müraciyət etmişəm heç bir köməklik göstərilməyib sizdən xahiş edirəm əmlakının geri qaytarılmasında köməklik gorsedesiz hədə qorxu gəldilər həyatım təhlükə altındadır HÖRMƏTLƏ Nicat Abbasov Abbas oğlu Te 050-488-70-33

    Dəfələrlə yazmağıma baxmayaraq heç bir köməklik gorsədilməyib məsələnin ciddiliyini nəzərə alaraq köməklik gorsetməyinizi xahiş sizdən artıq dərəcədə xahiş edirəm məsələnin araşdırılmasında gosdəriş verəsiz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*