Etimad İsmayılovun qətlində təqsirləndirilən şəxslərdən biri azadlığa buraxıldıbackend

Etimad İsmayılovun qətlində təqsirləndirilən şəxslərdən biri azadlığa buraxıldı

Azərbaycanlı iş adamı, həmçinin tanınmış jurnalist Sevil Nuriyevanın həyat yoldaşı Etimad İsmayılovun öldürülməsi ilə bağlı saxlanılan Gözəl Dəmirov və sürücü Baris Aslan hakim qarşısına çıxıb. Məhkəmədə mərhum Etimad İsmayılovun atası İlyas İsmayılov da iştirak edib.

KONKRET.AZ Türkiyə mediasına istinadla xəbər verir ki, təqsirləndirilən şəxs Gözəl Dəmirov hadisə günü Etimad İsmayılovun yanına gedərkən özü ilə hər ehtimala qarşı ona hədiyyə edilən sənədsiz silah götürdüyünü etiraf edib.

“Mən Etimad İsmayılovun iş otağına getdim. Aramızda mübahisə yarandı. O, danışarkən qəflətən ayağa qalxdı və sağ əlini cibinə saldı. Mən də silahımı götürdüm və ona atəş açdım. Əlini cibinə telefonunu götürmək üçün saldığını sonra gördüm. Başqa yolum yox idi. Atası burdadır, ondan üzr istəyirəm. Çox peşmanam. O da Etimadın necə bir adam olduğunu bilir”, – deyə Gözəl Dəmirov bildirib.

Daha sonra maşınına əyləşib hadisəni oğluna danışarkən sürücüsü Barış Aslanın da bundan xəbəri olduğunu öyrənən Dəmirov “qaçmaq istəsəydim, qaçardım. Yarım saat içində İstanbulu tərk edərdim” sözlərini əlavə edib.

Saxlanılan sürücü Barış Aslan isə Gözəl Dəmirovun Etimad İsmayılovla olan münasibətləri haqqında heç nə bilmədiyini, daim rus dilində danışdığını, ona bir şey söyləmədiyini dilə gətirib.

Məhkəmədə çıxış edən Etimad ismayılovun atası İlyas İsmayılov da təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu deyib: “Türkiyənin ədalətinə güvənirəm. Oğlum onların söylədiyi kimi biri deyil. Sözündə duran, mərd və dürüst bir insan olub. Öz pulu ilə Somalidəki uçaqlar üçün su quyusu qazdırıb. Uşaq evlərinə maddi yardım göndərib. Təqsirləndirilən şəxs mənə müraciət etsəydi, oğluma xəbərdarlıq edərdim. Mənim bir dediyimi iki etməzdi”.

Zərərçəkənin həyat yoldaşı Sevil Nuriyeva və vəkil də müttəhimlərdən şikayətçi olduğunu söyləyib.

Sonda məhkəmə Gözəl Dəmirovun həbsinin davam etdirilməsinə qərar verib. Sürücü Barış Aslan isə sərbəst buraxılıb. Lakin onun ölkədən çıxışına qadağa qoyulub.

Hazırladı: Günel MUSEYİB

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*