Ətin qiyməti KƏSKİN ARTIB – SƏBƏB BƏLLİ OLDUbackend

Ətin qiyməti KƏSKİN ARTIB - SƏBƏB BƏLLİ OLDU

2024-cü ilin ilk rübündən etibarən bahalaşan məhsullar arasında ət ilk sıralardadır. Son bir neçə ayda isə bahalaşma kəskin artıb. 

KONKRET.az xəbər verir ki, xüsusilə, mal və qoyun ətinin qiyməti artıb.

Qəssablar isə deyirlər ki, qiymət artımı satışa da mənfi təsir göstərib. Əvvəlki illərə nisbətən indi daha az ət kəsilir. Bildirilir ki, bir il əvvəl quzu ətinin kiloqramı 17-18 manata, mal ətinin kiloqramı isə 13-14 manata satılırdı. Hazırda isə mal əti 15 manata, quzu ətinin kiloqramı isə 20 manata təklif olunur. Bölgələrdə də ətin qiyməti paytaxtla eynidir. Faktiki olaraq qiymətlər arasında elə də fərq yoxdur.

Daha ətraflı süjetdə:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*