Bu gün Azərbaycanın qazandığı tarixi qələbəni bəzi erməni ekspertlər təqdir edir.
KONKRET.az xəbər verir ki, erməni bloger İşxan Verdyan da Azərbaycanın gözlənilən qələbəsinə münasibət bildirib: “Biz səmimi olmalı və etiraf etməliyik ki, Azərbaycan Prezidenti İlham Əliyev mümkün olmayanı bacardı. O, bütün “sivil dünyanın” təzyiqlərinə baxmayaraq, öz ölkəsinin torpaqlarını tamamilə geri qaytarmağa və öz ərazisindəki millətlərarası münaqişəni praktiki olaraq dayandırmağa nail oldu.
Bu nailiyyətin ciddiliyini düzgün başa düşmək üçün xatırlamaq kifayətdir ki, son otuz ildə heç bir etnik münaqişə belə başa çatmayıb. Bunu nəzərə alsaq, əminliklə deyə bilərik ki, İlham Əliyev inanılmazı gerçəkləşdirdi.
Əgər Azərbaycan Prezidenti Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə inteqrasiyasını ən yüksək səviyyədə həyata keçirə bilsə, o zaman onu əminliklə planetin ən böyük siyasətçilərdən biri hesab etmək olar”, – deyə Verdyan bildirib.
Vəli Həsənov,
KONKRET.az
Etnik yöndə olan münaqişələrin heç biri İsrail-Fələstin münaqişi tarixindən bəri beynəlxalq normalara uyğun öz həllini tapmayıb. Qarabağ münaqişəsi yeganə hadisədi
İŞXAN VERDİYANA BİLDİRMƏK İSTƏYƏRDİMKİ 1 -Cİ QARABAĞ MÜHARİBƏSİNDƏ 20000 MİN ŞƏHİD VERDİK 20 FAİZ TORPAĞIMIZ İŞĞAL OLDU TƏSLİM OLMADIQ 2 Cİ QARABAĞ MÜHARİBƏSİNDƏ ERMƏNİLƏR RƏSLİM OLDULAR ƏMƏL ETMƏDİLƏR 3 – ANTİTERROR ƏMƏLİYATINDADA UDUZUB AĞ BAYRAQ QALDIRDILAR AZƏRBAYCANLILARLA ERMƏNİLƏRİN FƏRQİ BUDUR. İLHAM ƏLİYEV KİMİ MƏRD CƏSUR SİYASƏTÇİ DÜNYADA YOXDUR.
0557966666
mən belə hesab edirəm ki, 24 saatlıq blits-krik dünyanın ən bərk gedən ölkələrinin bütün səylərini və daşnakların havadarlarının milyardlarını sıfırladı!!!
Bizim Prezidentimizin xarici və beynəlxalq siyasətinə hamı qibtə edir, bu həqiqətən də belədir, mən şəxsən fəxr edirəm!