EU Today: Ermənistan rəhbərliyinin parlaq gələcəklə bağlı verdiyi vədlər boş çıxdıbackend

EU Today: Ermənistan rəhbərliyinin parlaq gələcəklə bağlı verdiyi vədlər boş çıxdı

Britaniyanın “EU Today” saytı Ermənistan rəhbərliyinin Qarabağdakı vəziyyətlə bağlı təxribat xarakterli ritorikasına həsr olunmuş məqalə dərc edib.

KONKRET.az bu materialın ixtisarla tərcüməsini oxucuların diqqətinə çatdırır.

“Siyasətdə sözlər qavrayışları formalaşdırmaq, emosiyaları yüksəltmək və hətta münaqişələri alovlandırmaq gücünə malikdir. Müəyyən sözlərin, xüsusən də tarixi əhəmiyyət kəsb edən ifadələrin işlədilməsi son dərəcə diqqət və məsuliyyət tələb edir.

Təəssüf ki, Ermənistan rəhbərliyi bu vəzifənin öhdəsindən gəlmir, Qarabağdakı vəziyyətlə bağlı getdikcə “getto”, “soyqırım” və “xolokost” ifadələrindən istifadə edir.

“Azərbaycanın Qarabağda iddia edilən soyqırımını izlədiyinizə əmin deyiləm, lakin CNN və NY Times-ın məlumatına görə, indiyədək ölənlərin 95%-i hərbçilərdir.

Hərbçilərin və mülki şəxslərin ölüm nisbətinin daha aşağı olduğu şəhər ərazilərində yaraqlılarla mübarizə aparan bir ölkənin adını çəkin. Ən azı birini adlandırın!

Mülki həyat müqəddəs olsa da, 10 ölüm “soyqırım” sayılırsa, Çikaqoda hər həftə sonu texniki olaraq 6 soyqırım baş verir. Hərbi əməliyyatın nəticələrindən narazı qalanda hər dəfə “soyqırım” sözlərini atıb gedə bilməzsiniz”.

Bu tvit Jake Turks təxəllüsü ilə bir sıra nəşrlərdə işləyən Ağ Evin yüksək səviyyəli müxbiri Abraham Jacob Turkeltaub tərəfindən yazılıb. O, mənşəcə yəhudidir, yəqin ki, adından da təxmin edirsiniz ki, o soyqırımın nə olduğunu çox yaxşı bilir.

Təbii ki, Qarabağ erməniləri indi çətin seçim qarşısındadır. Lakin bu, heç bir halda erməni liderləri tərəfindən Holokostla müqayisəyə haqq qazandırmır. Bu, nəinki empatiyanın olmadığını göstərir, həm də Holokostu təsvir etmək üçün istifadə edilməli olan sözlərin əsl ciddiliyini pozur. Yaxud bəlkə bu, sadə bir nəzarət yox, Ermənistan liderlərinin öz xalqı üçün hazırladıqları qaranlıq gələcəyə bir baxışdır?

Gəlin faktlardan danışaq.

Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisində yaranmış qeyri-qanuni qurum adlanan “hökumət” 5 min nəfəri silahlandırıb. Və biz kiçik silahlardan danışmırıq. Ərazinin havadan çəkilişi bir daha təsdiqlədi: yaraqlıların ixtiyarında ağır silahlar, o cümlədən tanklar, zirehli transportyorlar, artilleriya və zenit raketləri var idi.

Azərbaycan ordusunun Qarabağda həyata keçirdiyi tədbirlər də separatçıların humanitar nəqliyyat dəhlizlərindən dərman və ərzaq daşımaq üçün deyil, silah-sursatla təminat məqsədilə istifadə etmələri ilə bağlı şübhələri təsdiqləyib. Görünən odur ki, separatçıların məntiqinə görə, əhali yeməksiz, dərmansız yaxşı yaşayacaq.

30 ildən artıqdır ki, Ermənistan rəhbərliyi nifaq toxumu səpir, onu sülh yolu ilə həll etməkdənsə, münaqişəyə doğru sövq edir. Bu məqsədyönlü təhrik siyasəti siyasi və maliyyə mənfəətlərindən irəli gəlir, lakin onun nəticələri fəlakətlidir.

Bu hesablanmış manipulyasiyanın ağır yükünü bir neçə nəsil insan daşıyır. Ailələr dağılıb, dolanışıq vasitələri, dinc və firavan gələcək arzusu məhv edilib.

Ermənistan rəhbərliyinin işıqlı sabahla bağlı verdiyi vədlərin boş olduğu üzə çıxdı. Bunu nəzərə alsaq, Ermənistan rəhbərliyinin “Holokost” və “soyqırım” kimi ifadələrdən sərbəst istifadə etməsi sadəcə olaraq diqqətsiz ritorika kimi görünmür, həm də onların əsl məqsədlərinin əksidir. Bəlkə onlar regionda sülhə can atmırlar, əksinə, eqoist məqsədlər güdürlər?

Natiq Səlim,

KONKRET.az

Mənbə: caliber.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*