“Eurovision-2020” koronavirusa görə ləğv ediləcək – İsrail mediasıbackend

“Eurovision-2020” koronavirusa görə ləğv ediləcək – İsrail mediası

“Eurovision-2020” mahnı müsabiqəsi koronavirus epidemiyası səbəbindən ləğv edilmək üzrədir.

KONKRET.az xəbər verir ki, bu barədə İsrailin Kan telekanalı öz mənbələrinə istinadən Tvitterdə məlumat verib.

“Hollandiya Səhiyyə Nazirliyinin tövsiyələri müsabiqənin tamaşaçı olmadan keçirilməsinə imkan vermir”. Televiziya süjetində belə deyilir.

Qeyd edək ki, bu məlumatın rəsmi təsdiqlənməsi yoxdur.

Bu arada yarışmanın rəsmi Twitter hesabında təşkilatçıların dünyada daim dəyişən vəziyyəti yaxından izlədikləri bildirilib.

“Anlayırıq ki, hazırkı “Eurovision”un taleyi ilə bağlı daha bir xəbər tapmaq istəyirsən … […] Xahiş edirəm bizimlə qalın. Ümid edirik ki, tezliklə bizdə daha çox məlumat olacaq” deyə təşkilatçılar sosial şəbəkələrdə yazıblar.

Müsabiqənin taleyinin rəsmi elanı martın 18-də gözlənilir.

Xatırladaq ki, “Eurovision 2020” Hollandiyanın Rotterdam şəhərində keçirilməlidir.

Babək Göyüş

KONKRET.az

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*