İspaniyanın dövlət televiziyası RTVE-nin Eurovision yayımı zamanı şərhçilər Toni Aqilar və Culiya Varela İsraili təmsil edən Yuval Rafaelini təqdim edərkən Qəzzada baş verən insan tələfatına diqqət çəkiblər.
KONKRET.az xəbər verir ki, aparıcılar BMT-yə istinadla Qəzzada ölənlərin sayının 50 mini keçdiyini, onlardan 15 mininin uşaq olduğunu bildiriblər.
“Bu, heç bir ölkəyə qarşı deyil, sülhə və insan haqlarına çağırışdır,” – deyə vurğulayan aparıcıların çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Müsabiqənin ikinci yarımfinalında isə İsrail səhnəyə çıxarkən tamaşaçı görüntüləri göstərilməyib. Bu addım etirazların efirə düşməsinin qarşısını almaq məqsədi daşıyıb. İsrailin müsabiqədə iştirakı bir sıra ölkələrdə etirazlarla qarşılanıb.
Aynurə İsmayıl
KONKRET.az