Ev dustaqlığına buraxılan Serdar Ortaçdan gözlənilməz addımbackend

Ev dustaqlığına buraxılan Serdar Ortaçdan gözlənilməz addım

Ev dustaqlığı ilə cəzalandırılan Serdar Ortaç gözlənilməz addım atıb.

KONKRET.az ntv-yə istinadla xəbər verir ki, məşhur türkiyəli aparıcı Mehmet Ali Erbille birlikdə saxlanılan Serdar Ortaç fanatlarını yenə məyus edib. Belə ki, məşhur ifaçı indi də İnstaqram hesabını dondurub.

Qeyd edək ki, bir neçə gün əvvəl Serdar Ortaç və Mehmet Ali Erbil sosial mediada qanunsuz mərc oyunlarına təşviq etmə maddəsi ilə saxlanılıb.

Jurnalistlərin suallarını cavablandıran Mehmet Ali deyib ki, onlar tələyə düşüblər: “Qanunsuz mərc oyunlarının əleyhinə olduğumu sosial şəbəkədə dəfələrlə demişəm. Açılış üçün Maltaya getdik və Serdar Ortaçla özümüzü belə bir mühitdə gördük. Dedilər ki, siz xəstələrə kömək edəcəksiniz, biz orada MS xəstələrinə, xərçəng xəstələrinə kömək etməyə çalışdıq. Amma məsələni başqa yerə apardılar. Belə bir məsələnin içində olduğum üçün çox peşmanam”.

Onlar Serdar Ortaç da eyni səbəbdən hakim qarşısına çıxarılıb və ev dustaqlığı şərti ilə sərbəst buraxılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*