Ev telefonları həyatımızı tamamilə tərk edəcək? – “Əvvəlki cəlbediciliyi qalmayıb”backend

Ev telefonları həyatımızı tamamilə tərk edəcək? – “Əvvəlki cəlbediciliyi qalmayıb”

Texnologiyaların inkişafı bir çox ənənəvi cihazların həyatımızdan çıxmasına səbəb olur. Onlardan biri də ev telefonlarıdır. Bir zamanlar ev telefonuna sahib olmaq prestij sayılırdı, hətta buna görə illərlə növbə gözləyənlər vardı.

İndi isə sabit ev telefonundan çox az sayda şəxs istifadə edir. Onların da böyük əksəriyyəti evlərindəki ənənəvi telefonlara internet xəttindən istifadəyə görə dözür. Bir müddət sonra isə simsiz internet provoyderləri ölkəni tam əhatə edəndə, artıq ev telefon xəttindən internet üçün də istifadə edilməyəcək və insanlar bundan tam imtina edə bilər.

Maraqlıdır, ev telefonları tam olaraq sıradan çıxa bilərmi?

İnformasiya texnologiyaları üzrə ekspert Fərid Kazımov KONKRET.az-a açıqlamasında deyib ki, hələ də minlərlə ailə öz evlərində, eləcə də ofislərdə, dövlət qurumlarında bu telefonlardan istifadə edir:

“İnsanların bir qismi bu ənənəvi telefonlardan əl çəkmək istəmir, nömrələrini saxlayır, aybaay ödənişlər edirlər. Bu həm də bu telefonlara öyrəşmələri, necə deyərlər, nostalji hisslərlə baglıdır. Amma fakt ondan ibarətdir ki, ev telefonlarından istifadə əhəmiyyətli şəkildə azalıb. İnternetin sürətli inkişafı, mobil telefon tariflərinin əlçatanlığı, internet üzərindən mesencerlə ünsiyyətin rahatlığı ev telefonlarına marağı azaldıb”.

Ekspert deyir ki, hazırda ev teiefonlarından daha çox təqaüdçülər və evdar xanımlar istifadə edir:

“Müasir gənclər və orta nəsiln nümayəndələri isə ev telefonlarından tamamilə imtina ediblər. Təhlillər göstərir ki, ev telefonları ilə ünsiyyətin ümumi müddəti əhəmiyyətli şəkildə azalıb”.

Vaqif Nəcəfov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*