Evdə pişik saxlamaq qadağan olundu – Bu ölkədəbackend

Evdə pişik saxlamaq qadağan olundu - Bu ölkədə

Şotlandiya ev pişiklərinin saxlanmasını qadağan etməyi düşünür. Bu, yerli heyvanlar və quşlar üçün təhlükə ilə bağlı narahatlıqdan irəli gəlir. Şotlandiya Heyvanların Rifahı Komissiyasının (SAWC) hazırladığı hesabatda vəhşi təbiətin daha çox risk altında olduğu ərazilərdə məhdudiyyətlərin tətbiqi təklif edilir.

KONKRET.az milli.az-a istinadən xəbər verir ki, hesabatda “pişiklərin saxlanması zonaları” yaradılması və ev pişiklərinin hərəkətinə nəzarət edilməsi məsələsi də müzakirə olunur. Bu cür tədbirlər artıq Avstraliyada tətbiq edilir. Orada bəzi ərazilərdə pişiklərin sərbəst gəzintisi qadağandır və sahibləri onları hasarlanmış yerlərdə saxlamağa məcburdur.

Pişik həvəskarları isə bu təklifə qarşı çıxır. Onlar pişiklərin ailə üzvü kimi qəbul edildiyini və onların təbii həyatlarını yaşamağa ehtiyac duyduğunu vurğulayırlar. Bu məsələnin cəmiyyət arasında ciddi müzakirələrə səbəb olacağı gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*