Evdə qalmağın acı nəticələri üzə çıxdı – Ailələrdə zorakılıq artdıbackend

Evdə qalmağın acı nəticələri üzə çıxdı – Ailələrdə zorakılıq artdı

Fransada daxili zorakılıq hallarının sayı koronavirusun yayılmasına qarşı ciddi məhdudlaşdırıcı tədbirlər tətbiq edildikdən sonra əhəmiyyətli dərəcədə artıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı France2 telekanalı Fransanın daxili işlər naziri Kristof Kastanerə istinadən yayıb.

“Bu gün Fransada mübahisə halları artıb. Son bir həftə ərzində artım 32 faiz olub. Bu, insanların hərəkətini məhdudlaşdıran sərt tədbirlər fonunda baş verib” deyib Kastaner.

Martın 17-dən etibarən Fransada kafe, restoran, kinoteatr və qeyri-ərzaq mağazaları iki həftə bağlanıb.

Fransada koronavirus infeksiyası hallarının sayı, son məlumatlara görə, 29155-dir, 1696 adam ölüb.

Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron ölkədə koronavirusun yayılmasına qarşı mübarizə aparmaq üçün ordunun iştirakı ilə “Dözümlülük” əməliyyatını elan edib.

Babək Göyüş

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*