Kürdəmir Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Dəyirmanlı kənd sakini, 1985-ci il təvəllüdlü Bayramov Tural Əlikram oğlu COVID-19 virusunun daşıyıcısı olduğu halda yaşayış yerini tərk etdiyi üçün saxlanılıb.
KONKRET.az xəbər verir ki, dekabrın 17-də Tural Bayramovun COVID-19 xəstəliyi ilə bağlı verdiyi testin cavabı müsbət çıxıb. Buna görə də həkimlər ona 14 gün evdə qalaraq müalicə olunmasını və çölə çıxmamasını tövsiyə ediblər. Lakin həkimlərin tövsiyəsinə məhəl qoymayan Tural Bayramov yaşadığı yeri tərk edərək virusun digər insanlara yayılma təhlükəsi yaradıb.