Evin hasarı uçdu: qadın altında qaldı – Videobackend

Evin hasarı uçdu: qadın altında qaldı - Video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Lənkəran şəhərində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən KONKRET.az-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, vətəndaş – 1964-cü il təvəllüdlü Brilyant Davud qızı Babayevanın fərdi yaşayış evinin beton piltədən ibarət hasarının uçması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq dağıntı altında köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər tərəfindən xüsusi vasitələrin tətbiqi ilə həyata keçirilən operativ tədbirlər nəticəsində B.Babayeva xilas olunaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*