Evinin sökülməsinə etiraz edən şəxs özünü doğradı – Gəncədəbackend

Evinin sökülməsinə etiraz edən şəxs özünü doğradı - Gəncədə

Gəncə şəhərində evinin sökülməsinə etiraz edən şəxs yaşadığı mənzildə özünü doğrayıb.

KONKRET.az-ın Gəncə-Qazax bürosunun verdiyi məlumata əsasən hadisə şəhərin Əhməd Cəmil küçəsində baş verib.

Ev sahibi 1980-ci il təvəllüdlü Hacıyev Sübhan Hüseyn oğlu yaşadığı evin sökülməsinə etiraz olaraq əlindəki kəsici alətlə bilək nahiyyəsini kəsib.

O, ətrafdakı insanların yardımı ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Hazırda Sübhan Hacıyevin vəziyyəti orta-ağırdır. Faktla bağlı araşdırma başlanılıb.

Kamil Məmmədov

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*