“Evlənmək istəyirəm” – Baş nazir qəfil istefasının səbəbini açıqladıbackend

“Evlənmək istəyirəm” - Baş nazir qəfil istefasının səbəbini açıqladı

Xəbər veridyimiz kimi, Yeni Zelandiyanın Baş naziri Casinda Ardern bu gün gözlənilmədən istefa verib.

KONKRET.az-ın məlumatına görə, Ardern deyib ki, artıq ölkəyə rəhbərlik etməyə gücü yoxdur.

Baş nazir mətbuat konfransı zamanı etiraf edib ki, 6 il baş nazir olmaq onu çox yorub. İndi o, öz vəzifəsində qalmaq və yeni seçkiyə qatılmaq istəmir.

“Davam etsəm, Yeni Zelandiyaya pis xidmət etmiş olaram”, – Ardern qeyd edib.

42 yaşlı siyasətçi onu da bildirib ki, 4 yaşlı qızına vaxt ayırmağı və uzun müddətdir münasibətdə olduğu teleaparıcı Klark Qayfordla evlənməyi planlaşdırır.

Ardern fevralın 7-dən gec olmayaraq Leyboristlər Partiyasının lideri vəzifəsini tərk edəcək. Yaxın günlərdə onun yerinə namizədin müəyyənləşdirilməsi üçün səsvermə keçiriləcək. Oktyabrın 14-də isə Yeni Zelandiyada ümumxalq seçkiləri keçiriləcək.

Casinda Ardern 2017-ci ildə 37 yaşında Baş nazir seçilərək dünyanın ən gənc qadın hökumət başçısı olub. Onun rəhbərliyi dövründə Yeni Zelandiya hökuməti pandemiya, “Christchurch” məscidində atışma kimi bir sıra ciddi problemlərlə üzləşib.

Casinda Ardernin gedişi Yeni Zelandiya xalqı üçün sürpriz olub. Sorğulara görə, seçicilərin əksəriyyəti hələ də onu hökumətin başında görməyə üstünlük verir./Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*