Evlərdən 17 min manatlıq oğurluq edən şəxs SAXLANILDIbackend

Evlərdən 17 min manatlıq oğurluq edən şəxs SAXLANILDI

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Nübar qəsəbəsi ərazisində bir evdən 600 manat dəyərində təmir alətləri oğurlamaqda şübhəli bilinən Əliqardaş Alxasov müəyyən olunaraq saxlanılıb.

DİN-dən KONKRET.az-a verilən məlumata görə, onun müxtəlif vaxtlarda Hökməli qəsəbəsi ərazisində daha 10 evdən ümumilikdə 16500 manat dəyərində kombi aparatı, inşaat materialları, təmir alətləri və məişət əşyaları oğurlaması da müəyyən olunub.

Ə.Alxasov əsasən yeni tikilməkdə olan və təmir edilən mənzillərdən oğurluq edib.

Araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*