Evlərə günəş panellərinin quraşdırılması neçəyə başa gəlir? – VİDEObackend

Evlərə günəş panellərinin quraşdırılması neçəyə başa gəlir? - VİDEO

Son illər günəş panellərinin qiymətlərində ucuzlaşma müşahidə edilir.

KONKRET.az Xəzər TV-yə istinadən bildirir ki, Azərbaycanda günəş panellərindən istifadə  artıb.

Alternativ enerji üzrə mütəxəssis Sulduz Abbasov bilidirir ki, daha çox böyük müəssisələr və ticarət obyektləri, öz enerji ehtiyaclarını qarşılamaq və xərcləri azaltmaq məqsədilə günəş panelləri quraşdırırlar.  Günəş enerjisi sistemi neçə kilovat gücündədirsə, qiymət o qədər yüksək olur.

Bir ev üçün, adətən, 3-5 kv gücündə bir sistem kifayətdir. Kiçik sistemlərin quraşdırılması  yalnız avadanlıq və quraşdırmanı əhatə etməklə 2,000 – 3,500 AZN arasında ola bilər. Böyük ölçülü sistemlərin quraşdırılması daha yüksək, təxminən 8,000 – 15,000 AZN arasında qiymətləndirilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*