Eyfel Qülləsi işə başladıbackend

Eyfel Qülləsi işə başladı

Parisdəki Eyfel qülləsi iyunun 25-də qismən işini bərpa edir. Fransanın rəmzini ziyarət edərkən tibbi maskalar tələb olunur.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı “Le Parisien” nəşri yazır.

“Eyfel qülləsi iyunun 25-də açılır … Maskaların məcburi geyilməsi də daxil olmaqla sanitariya tədbirləri görülür”, – müəssisənin rəhbərliyi bildirib.

Qüllədəki liftin iyulun 1-dən açıq olacağı da məlumdur. Mərtəbələrə yalnız piyada qalxmaq mümkün olacaq.

Eyfel qülləsi üç aya yaxındır ziyarətçilər üçün bağlanıb.

Hər il bu məkanı yeddi milyondan çox turist ziyarət edir.

Babək Göyüş                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*