“Cənab Prezidentin vurğuladığı kimi, biz Qərbi Azərbaycana tanklarla yox, maşınlarla qayıdacağıq”.
KONKRET.az APA-ya istinadla xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərli bildirib.
Onun sözlərinə görə, İcmanın fəaliyyətinin dövlətlərarası münasibətlərlə, sülh sazişi ilə birbaşa əlaqəsi yoxdur:
Xatırladaq ki, bəzi internet resurslarında Qərbi Azərbaycan İcması öz fəaliyyətini davam etdirməyəcəyinə dair xəbər yayılıb.
“Bizim fəaliyyətimiz dinc yolla öz dədə-baba yurdlarımıza qayıtmaqdan ibarətdir. İcma heç vaxt Ermənistanın suverenliyinə, ərazi bütövlüyünə qarşı çıxmayıb. Cənab Prezidentin vurğuladığı kimi, biz Qərbi Azərbaycana tanklarla yox, maşınlarla qayıdacağıq.
Qərbi Azərbaycan İcması Azərbaycan-Ermənistan normallaşma prosesini alqışlayır və bu istiqamətdə cənab Prezidentin səylərini dəstəkləyir. Ümid edirik ki, sülh gündəliyinin irəliləməsi biz qərbi azərbaycanlıların dinc yolla öz yurdlarımıza dönməsinə şərait yaradacaq. Qərbi Azərbaycan İcması bu sahədə fəaliyyətini bundan sonra da davam etdirəcək”, – deyə İcma rəhbəri vurğulayıb.