Paşinyanın bir çox tərəfdarı onun müdafiəsinə qalxmadı – “Facebook”da heç nə yazmırlarbackend

Paşinyanın bir çox tərəfdarı onun müdafiəsinə qalxmadı - "Facebook"da heç nə yazmırlar

“Çiçəklənən Ermənistan” müxalif partiyasının sədri Qagik Çarukyanı parlament toxunulmazlığından məhrum etmək fikri əvvəlcə qeyri-real görünürdü, hətta ittihamçı prokuror da səbəblərin zəif olduğunu bildirmişdi.  Bununla yanaşı Baş prokuror işi bağlayıb və parlamentə təqdim edib.

KONKRET.az xəbər verir ki, bu fikirləri “Qraparak” qəzeti öz səhifəsində yazıb.

Mənbə bildirir ki, paralel olaraq Paşinyanın “Mənim addımım” fraksiyasının rəhbərliyi Çarukyanın fraksiyanın “üsyankar” üzvləri haqda “material” toplamaq üçün tapşırıq verib. Keçmişinə, şəxsi həyatna, otel biznesinə, qohumlarından “yeyilən” qrantlara, ləğv olunan şirkətlərə qədər informasiyalar “əldə edilib”.

Bir çox müxalifətçi haqda dəlil tapa bilməyiblər, ancaq onları mandatlarından məhrum etməklə hədələyiblər.

Çarukyanın həbsi ilə bağlı tələb rədd edildikdən sonra “Mənim addımım” blokunun dar bir dairədəki nümayəndələri Konstitusiya Məhkəməsi məsələsində qeyri-konstitusiya səsverməsi və bundan sonrakı məsuliyyət barədə narahatlıqlarını ifadə edirlər.

Yeri gəlmişkən, “Mənim addımım” blokunun bir çox görkəmli nümayəndəsi Nikol Paşinyanın müdafiəsi üçün “Facebook”dakı kampaniyalarda iştirak etmir, səhifələrində heç nə yazmırlar.

Babək Göyüş                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*