“Facebook” tibbi maskaların reklamını qadağan etdibackend

“Facebook” tibbi maskaların reklamını qadağan etdi

“Facebook”da tibbi maskaların reklamına qadağa tətbiq edilib.

KONKRET.az xəbər verir ki, bu barədə “Facebook” şirkətinin məhsul idarəetmə şöbəsinin müdiri Rob Letern “Twitter” hesabında açıqlama yayıb.

Şirkətin yeni növ koronavirusun yaratdığı xəstəliyin yayılması kontekstində bu məhsula artan tələbatdan sui-istifadənin qarşısını almaq üçün belə etdiyi bildirilib.

“Biz satış üçün təqdim olunan tibbi maskaların reklamını qadağan edirik. İnsanların fövqəladə vəziyyətdən faydalanmağa çalışdıqlarını görsək, lazımi tədbirlər görəcəyik”, – deyə R.Letern qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*