Facebook Trampın statusunu sildi, Twitter isə qərargahını blokladı – Ağ Evdə nə baş verir?backend

Facebook Trampın statusunu sildi, Twitter isə qərargahını blokladı - Ağ Evdə nə baş verir?

Facebook ABŞ prezidentinin rəsmi səhifəsinin məzmununa ilk dəfə müdaxilə edib, Twitter isə onun təşviqat qərargahının prezidentin koronavirus barədə yalan məlumat yaydığını söyləyərək yeni mesaj göndərmək hüququndan tamamilə məhrum edib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı BBC telekanalı yayıb.

Mənbə bildirir ki, silinən status prezidentin “Fox & Friends” teleproqramına verdiyi müsahibənin mətnidir. Mətn çərşənbə günü səhər prezidentin Facebook səhifəsində yerləşdirilib. Daha sonra Donald Trampın şəxsi Twitter hesabında görünüb.

Yayılan videoçarxda Ağ Ev rəhbəri ABŞ-da məktəblərin açılması və bütün şagirdlər üçün sinif otaqlarının yenidən qurulması üçün səy göstərdiyini deyib.

O, uşaqların koronavirusdan “demək olar ki, tamamilə immunitetli” olduğunu izah edib.

Bir neçə saat sonra mesaj ABŞ prezidentinin sosial şəbəkədəki rəsmi səhifəsindən silinib. Şirkətin sözçüsü “Facebook”un məcbur olduğunu, yayımlanan “videoda müəyyən qrup insanın koronavirusdan immuniteti olduğuna dair saxta iddiaları ehtiva etdiyini” söyləyib.

“Bu, Covid haqqında zərərli yanlış məlumat yaymaq siyasətimizi pozur”. “Facebook”un sözçüsü deyib.

Bundan əvvəl sosial şəbəkə Trampın təşviqat qərargahında yerləşdirilən reklamları da silib.

“Twitter”in sözçüsü Liz Kelli prezident kampaniyasının yaydığı mesajın sosial şəbəkənin qaydalarını pozduğunu bildirib.

O izah edib ki, prezident heyətinin bu qərardan şikayət etmək hüququ var, lakin narazılığa səbəb olan post çıxarılanadək rəsmi qərargahın səhifəsi bağlanacaq.

Ağ Evin təşviqat qərargahı Facebook və “Twitter”i Demokratlarla birlikdə çalışmaqda ittiham edərək, sosial şəbəkələrin hərəkətlərini “qərəzli” adlandırıb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*