“Facebook”da 267 milyon istifadəçinin məxfi məlumatı təhlükədəbackend

“Facebook”da 267 milyon istifadəçinin məxfi məlumatı təhlükədə

“Facebook” sosial şəbəkəsindən istifadə edən 267 milyon insanın məxfi məlumatları internetdə aşkara çıxıb.

KONKRET.AZ bildirir ki, xəbəri yayan Böyük Britaniyanın “Comparitech” araşdırma mərkəzi sızan şəxsi məlumatların böyük əksəriyyətinin ABŞ vətəndaşlarına məxsus olduğunu bildirir.

Şirkətin məlumatına əsasən, üzə çıxan şəxsi məlumatlar arasında adlar və telefon nömrələrinin olduğu bildirilir. Son iki həftə ərzində məlumatlara giriş tam sərbəst olub və istənilən şəxs şifrə olmadan onlardan istifadə etmək imkanı əldə edib.

“Facebook”un mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, faktla bağlı araşdırma aparılır. (oxu.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*